“Olimpiadada mübarizə aparacağıma hələ də inana bilmirəm” - MÜSAHİBƏ
2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizi kişi akademik avarçəkənlərin mübarizəsində təmsil edəcək Aleksandr Aleksandrov Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibə verib. Lent.az-ın məlumatına görə, Aleksandrov 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında qazandığı qızıl medaldan və olimpiadaya hazırlıq prosesinin gedişindən danışıb:
- 12 – 15 iyulda Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında qızıl medal qazandınız. Hansı hissləri keçirirdiniz?
- Əvvəllər 2 dəfə yeniyetmələr arasında dünya çempionu olmuşdum. Bu dəfə 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında qızıl medal qazandım. Çox sevinirəm ki, bu qızıl medal Azərbaycan üçün tarixi əhəmiyyətlidir. Çünki akademik avarçəkmə növündə ilk dünya çempionu mən oldum. Çox şadam ki, Azərbaycan bayrağını ucaldıb himnini səsləndirdim.
- Dünya çempionatından cəmi bir həftə sonra XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Böyük Britaniyanın paytaxtı Londona yollanmısınız. Olimpiadanın startına cəmi 4 gün qalmış özünüzü necə hiss edirsiniz?
- Belə nüfuzlu yarışda ilk dəfə iştirak edəcəyəm. Bu, mənə cəmi 22 yaşımda qismət olub. Hələ də inana bilmirəm ki, olimpiadada mübarizə aparacağam. İyulun 22-dən Londonda yarışların keçiriləcəyi “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanalardan birində məskunlaşmışıq. Burada bütün dünyadan gəlmiş akademik avarçəkənlər də qalırlar. Onların əksəriyyəti əvvəlki olimpiadaların iştirakçıları olublar.
- Avarçəkmə Mərkəzindəki məşq şəraiti necədir?
- Dünən “Eton Dorney”də olsam da, məşq edə bilmədim. Qayıqlarımızın hazırlığı üzərində işlədik. Suda ilk məşqə bu gün çıxacağıq.
- Olimpiadada qarşınıza hansı məqsəd qoyulub?
- Təbii ki, hamı medal qazanmaq arzusundadır. Məqsədimin medal qazanmaqdan ibarət olduğunu desəm, amma bu, mənə qismət olmasa, yalan danışmış sayılaram. Ona görə də mümkün qədər yaxşı çıxış etməyi hədəfləmişəm. Bayaq qeyd etdiyim kimi, rəqiblərimin əksəriyyətinin olimpiada təcrübəsi var. Titullu avarçəkənlərə - olimpiya, dünya və Avropa çempionlarına qarşı mübarizə aparacağam. Bu mübarizədə nəyə qadir olduğumu zaman göstərəcək.
- İyulun 26-da rəqibləriniz müəyyənləşəcək. Püşkün nəticəsi çıxışlarınıza necə təsir edə bilər?
- Əlbəttə, püşkdən də çox şey asılıdır. Püşkatma nəticəsində yürüş vaxtı elə cığıra düşə bilərəm ki, hərəkətimə külək mane ola bilər. Çünki yarış məkanı küləklidir, yürüşlər zamanı ehtiyatlı olmaq lazımdır.
- Mayın əvvəllərindən Polşanın Ostroda şəhərində təlim-məşq toplantısında idiniz. Hazırlıq prosesindən nə dərəcədə razı qaldınız?
- Əlbəttə, hazırlıq prosesimiz yüksək səviyyədə oldu. Fürsətdən istifadə edərək, Azərbaycan Milli Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Eyni zamanda, “Kür” Olimpiya Mərkəzinin rəhbərliyinə minnətdaram. Mingəçevir şəhərində hazırlıq keçdiyimiz müddətdə bu idman qurğusunun rəhbərliyi mənə böyük dəstək olub. Mən də olimpiadada ümidləri doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.

847