AZAL Ayltonu aldı - FOTO
Türkiyədə təlim-məşq toplantısında olan AZAL klubu 2 futbolçu ilə müqavilə bağlayıb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunlardan biri Joze Junior Pereira Aylton, digəri isə Artur Patraşdir.
Braziliyalı Ayltonun sonuncu klubu Macarıstan “Ferentsvaroş”u olub. 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Moldovalı Patras isə yarımmüdafiəçidir. 2011-ci ildən öz ölkəsinin yığmasına da çağırılan 24 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub. Patraş müqavilə üzrə Rumıniya “Timişoara”sına məxsus olsa da, ötən mövsümü icarə əsasında “Unirya”da keçirib.

577