“Xəzər Lənkəran”ın planları pozuldu
23 iyul 2012 18:15 (UTC +04:00)

“Xəzər Lənkəran”ın planları pozuldu

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Lex”i ilə cavab oyununa iyulun 23-də yollanmaq istəyən “Xəzər Lənkəran”ın planı pozulub. Klubun mətbuat katibi Yalçın Əliyevin Lent.az-a verdiyi məlumata görə, buna saat 15:00-a çarter reysi üçün nəzərdə tutulan təyyarənin texniki səbəblərdən uçuşunun baş tutmaması səbəb olub.

Əvvəlcə uçuşun bir neçə saat sonraya təxirə salındığı bildirilsə də, sonradan iyulun 24-ə ertələndiyi müəyyənləşib. Komanda üzvləri səfərə sabah saat 8-də yollanacaqlar. Uçuşun təxirə salınması üzündən “Xəzər Lənkəran”ın bu gün Poznanda yerli vaxtla saat 19:00-a planlaşdırılan məşqi baş tutmayacaq. Baş məşqçi Yunis Hüseynovun komandası yalnız sabah saat 20:30-da və iyulun 25-də saat 20:00-da hazırlıq keçə biləcəklər.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Lex” – “Xəzər Lənkəran” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Poznan şəhərindəki “Municipial” stadionunda keçiriləcək görüşü matçı referi Stanislav Todorovun rəhbərlik etdiyi bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar