London olimpiadasında ölkəsiz idmançı - FOTO
Lent.az-ın məlumatına görə, onlardan biri Quor Marial olimpiadalar tarixində ilkə imza atacaq.
28 yaşlı idmançı Cənubi Sudanda doğulub. Lakin bu ölkənin hələ Milli Olimpiya Komitəsi yoxdur. Ona görə də Marial öz ölkəsinin adından yarışa bilmir. İdmançının yaşadığı ABŞ-da isə vətəndaşlığı yoxdur. “Ölkəsiz” qalan Marial Beynəlxalq Olimpiya Komitəsinin verdiyi icazə sayəsində müstəqil idmançı kimi olimpiadada iştirak edəcək.
Qeyd edək ki, Quor Marial doğularkən, Sudan hələ vətəndaş müharibəsi nəticəsində 2 yerə bölünməmişdi. Ailəsi ilə birgə Cənubi Sudandakı kəndlərdən birində yaşayan Marial 8 yaşında ikən şimaldan olan silahlı şəxslər tərəfindən qaçırılaraq, uşaq təlim düşərgəsinə aparılıb. Lakin bir həftə sonra Marial təlimlərdəki digər uşaqla birgə düşərgədən qaçıb. 28 ailə üzvünü itirən Quor öncə Misirə üz tutub. 16 yaşında isə o, sığındığı ABŞ-da atletika ilə məşğul olmağa başlayıb. İdmançı olimpiadaya marafon qaçışı növündə vəsiqə qazanıb.

Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54