Rafael Nadal London olimpiadasından kənarda qaldı
Lent.az-ın məlumatına görə, 2008-ci il Pekin olimpiadasının qalibi titulunu qorumağa fiziki cəhətdən hazır olmadığını açıqlayıb.
O, olimpiadanı buraxmağın gərəkliyini karyerasının ən kədərli məqamlarından biri adlandırıb. Hazırda Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində 3-cü pillədə qərarlaşan 26 yaşlı idmançı dizindəki zədədən əziyyət çəkir. O, iyunda Fransanın açıq çempionatının qalibi olsa da, Uimbldon turnirində ikinci görüşündəcə dünya reytinqində 100-cü pilləni tutan çexiyalı Lukaş Rosola uduzub. Nadal karyerası ərzində “Böyük dəbilqə” seriyalı 4 turniri ən azı 1 dəfə qalib kimi başa vurmağı bacarıb. İspaniyalı idmançı ümumilikdə bu turnirlərdə 11 titul əldə edib.
Qeyd edək ki, Rafael Nadal 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında kişilərin fərdi mübarizəsində qalib olub. O, finalda Çili təmsilçisi Fernando Qonsalesi yenib.

554