“Xəzər Lənkəran”la “Lex”in baş məşqçiləri qələbədən danışdılar
“Biz səfərə yalnız qələbə dalınca gedəcəyik. Düzdür, “Lex” “Nomme Kalyu” deyil. Amma mən hələ oyundan əvvəl də söyləmişdim, özümdə indi də güclü bir inam var ki, “Lex”i keçəcəyik”. Lent.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran” komandasının baş məşqçisi Yunis Hüseynov futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Lex”i ilə keçirdikləri ilk oyundan sonra deyib.
Lənkərandakı qarşılaşmada hesabı meydan sahibləri açsalar da, qələbəni əldən veriblər. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. İyulun 26-da keçiriləcək cavab görüşündə “Xəzər Lənkəran” ya qələbə qazanmalı, ya da 2:2-dən başlayaraq, məhsuldar heç-heçəyə nail olmalıdır.
Hüseynov ev oyununda komandasının çıxışından razı qaldığını bildirsə də, sadə vəziyyətdə top buraxdıqlarını söyləyib: “Biz bu gün yaxşı oynadıq. Əvvəlcədən də demişdim ki, “Lex”i keçə bilərik. Məni narahat edən odur ki, çox sadə vəziyyətdə yenə səhv edib qol buraxdıq. Mən buna qol epizodu da deyə bilmirəm. “Nımme Kalyu” ilə oyunda da belə olmuşdu. Amma bu problemin üzərində işləyəcəyik. Bununla əlaqədar futbolçularla söhbətim də olacaq. Uşaqlar vuruşdular, bacardıqlarını etdilər. Yalnız son anlarda dəqiq ola bilmirdilər. Adrian Pito vəziyyətdə fərqlənə bilsəydi, hesab başqa cür ola bilərdi. Komanda getdikcə daha yaxşı oynayır. Gələn qarşılaşmada bundan da yaxşı oynayacağıq”.
“Lex”in baş məşqçisi Mariuş Rumak isə həmkarının fikirlərinə etiraz edib: “Əvvəlcədən düşündüyüm kimi, qarşılaşma çətin keçdi. “Xəzər Lənkəran” güclü komandadır. Cavab qarşılaşması hər şeyə aydınlıq gətirəcək. Yunis Hüseynov növbəti mərhələyə vəsiqə qazanacağından əminliyini bildirdi. Bu, onun şəxsi fikridir. Mən isə düşünürəm ki, hər iki komanda üçün çox ağır qarşılaşma olacaq. Əgər statistikaya baxsaq, görərik ki, rəqibin bəxti gətirdi. Bizim real qol epizodlarımız daha çox oldu. “Lex”in hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bizim azarkeşlərimiz Avropada sayılıb-seçilən fanatlardır. Zənnimcə, cavab qarşılaşmasında Lənkəran stadionundan iki dəfə çox azarkeş ordusu bizi dəstəkləyəcək”.
Qeyd edək ki, iyulun 26-da Poznan şəhərindəki “Municipial Arena”da keçiriləcək “Lex” – “Xəzər Lənkəran” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

810