Qvineya yığmasının futbolçusu “Qəbələ”də - FOTO
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” komandası heyətini daha bir futbolçu ilə gücləndirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb.
31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin “ES Sabel”, Fransanın “Oser”, Türkiyənin “Manisaspor” və BƏƏ-nin “Əl-Dafra” klublarında top qovub. Hazırda Sloveniyada - “Qəbələ”nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.
Qeyd edək ki, Omar Kalabane yüksək fiziki göstəriciləri ilə diqqət çəkir. O, 1,92 metr boya və 79 kq çəkiyə malikdir.

673