
Avropa çempionatı: ilk medal
0
0
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, 3-cü yarış günündə mübarizəyə başlayan qızlardan ibarət yığma komandamız medal hesabını açıb. 65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxıb. Amma həlledici görüşdə o, bolqarıstanlı rəqibinə uduzaraq gümüş medal qazanıb.
56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub.
İyulun 20-də yeniyetmə qızlar arasında qalan 5 çəkidə qaliblər müəyyənləşəcək.
56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub.
İyulun 20-də yeniyetmə qızlar arasında qalan 5 çəkidə qaliblər müəyyənləşəcək.
0
0