UEFA “Fənərbağça”nı Çempionlar Liqasına buraxdı
UEFA Türkiyənin “Fənərbağça” klubunun adını Çempionlar Liqasında 2012-2013-cü il mövsümündə mübarizə aparacaq komandalar siyahısına daxil edib. Lent.az-ın məlumatına görə, “sarı-lacivərdlilər” Avropanın ən nüfuzlu klub turnirində mübarizəyə III təsnifat mərhələsindən başlayacaqlar.
Püşkatma mərasimi iyulun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Zestafoni” (Gürcüstan) cütünün qalibinin də rəqibi müəyyənləşəcək. Amma flaqman növbəti mərhələyə yüksəlsə, “Fənərbağça” ilə üz-üzə gələ bilməyəcək. Çünki III təsnifat mərhələsində “Fənər” qeyri-çempionlar, “Neftçi” isə çempionlar yarımqrupunda olacaq. Türkiyə vitse-çempionu “Brugge” (Belçika), “Vasluy” (Rumıniya), “Feyenoord” (Hollandiya) və ya “Mozervell” (Şotlandiya) komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən mövsüm UEFA danışılmış oyunlarla əlaqədar çempion “Fənərbağça”nı Çempionlar Liqasından kənarlaşdırıb, əvəzinə vitse-çempion “Trabzonspor” birbaşa qrup mərhələsinə vəsiqə alıb. Bundan sonra “Fənər” İdman Arbitraj Məhkəməsinə müraciət edərək, UEFA-ya qarşı 45 milyon avro təzminat tələb edib. Lakin sonradan klub iddiasını geri götürüb.

769