Fiqu “Qızıl top”a Ronaldunu layiq sayır
İspaniyanın “Real Madrid” klubunun və Portuqaliya milli komandasının sabiq futbolçusu Luiş Fiqu “Qızıl top”a öz həmyerlisi Kriştianu Ronaldunu layiq görüb. Lent.az-ın məlumatına görə, Fiqu “Goal.com”a müsahibəsində Ronaldunun dünyanın ən yaxşı oyunçusu olmaq üçün bütün meyarlara uyğun gəldiyini söyləyib.
O, portuqaliyalı hücumçunun ötən mövsümkü çıxışını nəzərə alaraq, belə bir qənaətə gəlib. Lakin Fiqunun fikrincə, bu cür seçimlər heç vaxt obyektiv olmur. Çünki səsverməyə 100-dək şəxs iştirak edir: “Amma aydın məsələdir ki, Ronaldu əla mövsüm keçirib”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Real Madrid”in heyətində İspaniya çempionu olub. Portuqaliya yığmasının heyətində isə o, Avropa çempionatının yarımfinalınadək irəliləyib. Ronaldu eyni zamanda qitə çempionatında 3 qolla ən yaxşı bombardirlər siyahısında yer alıb.

602