Fabio Kapello: “Azərbaycan yığması çətin rəqibdir”
Rusiya milli komandasının yeni baş məşqçisi Fabio Kapello ölkə futbolundakı əsas problemi açıqlayıb. Lent.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Marca”ya açıqlamasında Rusiya Premyer Liqasındakı legionerlərin sayının çoxluğundan şikayətlənib.
İyulun 4-də Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, şimal qonşularımızın çempionatında klublar start heyətində 7 əcnəbi oynada bilərlər. Əvvəllər isə 6 əcnəbinin ilk “11-lik”də çıxmasına icazə verilirdi. Kapellonun fikrincə, yeni qərar yığmadakı işinə çətinliklər yarada bilər. O, Rusiya millisinin 2012-ci il Avropa çempionatındakı çıxışlarını izləyib. 66 yaşlı mütəxəssis komandanın uğursuzluğunu məhz Premyer Liqadakı legionerlər sayının çoxluğu ilə əlaqələndirib.
Kapello qarşısına qoyulmuş məqsədi də açıqlayıb. Onun sözlərinə görə, Rusiya millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya, İsrail, Şimali İrlandiya, Lüksemburq və Azərbaycan yığmalarının yer aldığı qrupdan Braziliyada təşkil olunacaq final mərhələsinə çıxmağı bacarmalıdır: “Rəqiblərimiz çətin olsa da, tam keçiləndir”.
Qeyd edək ki, Fabio Kapello ilə rəsmi müqavilənin iyulun 20-də imzalanması gözlənilir. Sövdələşməyə qol çəkdikdən sonra Kapello İspaniyanın Marbelye şəhərinə istirahətə yollanacaq. İtaliyalı mütəxəssis orada İspaniya yığmasının baş məşqçisi Visente Del Boske ilə görüşərək, onu Avropa çempionluğu münasibətilə təbrik etmək niyyətindədir.

624