London olimpiadasının açılış mərasiminin vaxtı qısaldıldı
18 iyul 2012 17:14 (UTC +04:00)

London olimpiadasının açılış mərasiminin vaxtı qısaldıldı

2012-ci il London Yay Olimpiya Oyunlarının açılış mərasimi 30 dəqiqə qısaldılıb. Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, bu barədə olimpiadanın təşkilat komitəsi qərar qəbul edib.

Səbəb kimi mərasim qurtardıqdan sonra qonaqların ictimai nəqliyyatın yoxluğu üzündən çətin vəziyyətdə qalacaqları ilə bağlı narahatçılıq göstərilib. Oyunlar üçün əsas arenada keçirilmiş məşqlər göstərib ki, açılış proqramı planlaşdırılandan daha uzun müddəti əhatə edəcək. Nəticədə təşkilatçılar velosiped şousu hesabına proqramı qısaltmağı qərara alıblar. Açılış mərasimi yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə gecə saat 1:00) başlanacaq və 3 saat davam edəcək. Təşkilatçıların hesablamalarına əsasən, açılış və bağlanış mərasimlərində 20 minədək iştirakçı olacaq. Şoular zamanı 23 min geyim və kostyumdan istifadə olunacaq. 1 milyon vatt gücündə və 500 dinamitdən ibarət audiosistemdən 12 saat ərzində 62 bəstəkarın hazırladığı mahnı səsləndiriləcək.

Qeyd edək ki, iyulun 27-də start götürəcək London olimpiadasına avqustun 12-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar