Məhəmmədrəsul Məcidov: “Olimpiadaya yalnız qızıl medal üçün gedirəm”
Boks üzrə Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov 2012-ci il London Yay Olimpiya Oyunlarındakı hədəfini bəyan edib. 91 kq-dan yuxarı çəkidə dünya çempionu Lent.az-a bildirib ki, məqsədi olimpiya çempionluğudur.
“Nəyə ümid etmək olar? Yalnız qızıl medala! Yalnız olimpiya çempionluğu üçün köklənmişik, yalnız bunun üçün Londona gedirik” deyə Məcidov bildirib. O, rəqibləri arasında kifayət qədər layiqlilərinin olduğunu da əlavə edib: “Layiqli rəqiblərim var. Onların sayı xeyli çoxdur. Amma mən qələbə üçün gedirəm. Olimpiadaya ciddi hazırlaşmışıq, yaxşı təlim-məşq toplantıları keçmişik”.
Məcidov 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Daha öncə 26 yaşlı boksçu WSB Liqasında finaladək irəliləməyi bacarıb. Olimpiadaya lisenziya qazandıqdan sonra boksçumuz bu liqada çıxış etməyib. O, turnirə yenidən qatılıb-qatılmayacağını isə hələ bilmir: “Bunu olimpiada göstərəcək. İndidən irəli getmək istəmirəm. Öncə olimpiadada iştirak edək, sonra baxarıq”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24