“Neftçi” öz həmyaşıdının “nəvə”sinə qarşı
Lent.az-ın məlumatına görə, flaqman II təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si ilə ilk oyununa çıxacaq.
Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Oyunu İonut Mariuş Avramın başçılıq etdiyi rumıniyalı hakimlər briqadası idarə edəcək. Matç “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.
İndiyədək “Neftçi” və “Zestafoni” rəsmi oyunlarda heç vaxt üz-üzə gəlməyib. Amma Azərbaycan və Gürcüstan komandaları Çempionlar Liqası və hazırda Avropa Liqası adlandırılan UEFA Kubokunun təsnifat mərhələlərində qarşılaşıblar. 2004-2005-ci ildə “Şəmkir” UEFA Kubokunun II təsnifat mərhələsində “Tbilisi”yə səfərdə 0:1, evdə 1:4 hesabı ilə uduzub. 2006-2007-ci il mövsümündə isə “Bakı” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sioni” səddini adlaya bilməyib – 0:2, 1:0.
“Neftçi”nin hazırkı baş məşqçisi Böyükağa Hacıyev 6 il öncə “Bakı”nın sükanı arxasında olub. Lakin Hacıyev bugünkü oyunda səhhətində yaranan problemlə əlaqədar komandasına birbaşa göstərişlərini verə bilməyəcək. Onun funksiyalarını 41 yaşlı köməkçisi Tərlan Əhmədov yerinə yetirəcək. “Zestafoni”yə isə 33 yaşlı Giorgi Çiabrişvili başçılıq edir.
Həm “Neftçi”, həm də “Zestafoni” son 2 mövsümdə öz ölkələrinin çempionu olub. “Zestafoni” eyniadlı şəhəri təmsil edir. Bu klub 8 il öncə təsis olunsa da, əvvəllər Zestafonidə mövcud olmuş “Metallurgi” komandası elə “Neftçi” kimi 1937-ci ildə yaradılıb. Bu klub 1989-cu ildə fəaliyyətini dayandırıb və şəhəri “Marqveti” adlı komanda təmsil etməyə başlayıb. Bu komanda da 1998-ci ildə maliyyə problemləri üzündən dağılıb və növbəti il yenidən “Metallurgi” formalaşdırılıb. 2004-cü ildə aşağı liqaya enən klub dağılıb. Əvəzində 100 minədək sakini olan şəhərdə “Zestafoni” adlı klub yaradılıb.
Hər iki komanda oyun öncəsi son təlim-məşq toplantısını Avstriyada keçib. Bu zaman onlar bir-birinin yoxlama oyunlarını izləyə biliblər. Oyun öncəsi baş tutan mətbuat konfransında “Neftçi”nin məşqçisi Tərlan Əhmədov komandanın əvvəlkindən fərqli oyun sərgiləyəcəyini bildirib: “Rəqibin oyunlarını izlədikdən sonra təhlillər apararaq, hansı sistemlə çıxış etdiklərini müəyyənləşdirmişik. “Zestafoni” həqiqətən də yaxşı komandadır, Gürcüstan çempionudur. Ötən il Avropa Liqasının “pley-off” mərhələsinə kimi irəliləyib. Düzdür, 1-2 futbolçusunu satıblar, demək olar ki, yerli futbolçulardan təşkil olunublar, amma yenə yaxşı oynayırlar. Qarşımıza qoyulan məqsəd ilk növbədə, “Zestafoni”ni keçmək, daha sonra qrupa düşməkdir”.
Mövsümlərarası fasilə müddətində “Neftçi” bir sıra aparıcı oyunçusu ilə vidalaşıb. Rəşad Abdullayev, Slavço Georgiyevski, Ruslan Əmircanov, Ruslan Abışov, Cavid Hüseynov, Denis Silva, Alessandro Viana da Silva, Fərid Quliyev komandanı tərk etdiyi halda, Araz Abdullayev və Rəşad Sadiqov komandaya qayıdıb, Culius Vobay, Nikolos Kanales, Bruno Bertuççi və Erik Ramos alınıb. Bugünkü matçda zədə üzündən Bahodir Nasimov və Rodriqinyo oynamayacaq. Əhmədovun fikrincə, yenilər gedənlərdən zəif deyil, əksinə, güclüdürlər.
“Zestafoni”nin baş məşqçisi Giorgi Çiabrişvili isə “Neftçi”dən fərdi yox, komanda şəklində güclü olduqlarını iddia edib: “Avstriyada “Neftçi”nin bir neçə oyununa baxmışıq. Yaxşı komandadır, yaxşı legionerləri var. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Amma komanda şəklində biz daha yaxşıyıq. Çünki bu heyəti 4 ildir formalaşdırmışıq. “Neftçi”də isə yeni futbolçular var. Lakin yenilər də yaxşı təsir bağışlayırlar. Ümid edirəm ki, növbəti mərhələyə biz çıxacağıq. Bu, çox çətin olacaq. Qoy, güclü qalib gəlsin”.
Çiabrişvili flaqmanın heyətində Culius Vobay, Flavinyo və Cavid İmamverdiyevi fərqləndirib. O, hazırda “Zestafoni”nin şərəfini qoruyan, əvvəllər isə Azərbaycan klublarında çıxış etmiş Teymuraz Qonqadze, Zurab Mamaladze və kapitan Tornike Aptsiauridən də “Neftçi” haqda məlumat topladığını söyləyib: “Onlar rəqibin güclü olduğunu dedilər. Eyni zamanda Azərbaycan çempionatındakı çətin oyunlarından mənə bəhs etdilər”.
Oyun “Neftçi”nin sabiq futbolçusu, hazırda isə komandanın əvəzedici heyətində məşqçi kimi çalışan Samir Əliyevin topa ilk toxunuşu etməsi ilə başlayacaq. Bununla da Əliyev futbolçu karyerası ilə rəsmən vidalaşacaq.
Qeyd edək ki, cavab görüşü iyulun 24-də Zestafoni şəhərindəki David Abaşidze adına stadionda baş tutacaq.
Elşən MƏMMƏDOV

898