Rusiya millisinin baş məşqçisi açıqlandı
Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi açıqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə yığmanın kapitanı Andrey Arşavinin şəxsi saytında xəbər yerləşdirilib.
Həmin xəbərə əsasən, komandanın sükanı Fabio Kapelloya həvalə olunub. İtaliyalı mütəxəssis iyulun 12-də Moskvaya gələrək, Rusiya Futbol İttifaqı (RFS) rəsmiləri ilə danışıqlar aparıb. Mətbuatın yazdığına görə, Kapello Rusiya millisinə başçılıq etməyə razılaşıb. Onunla 4 illik müqavilənin imzalanacağı bildirilir. 66 yaşlı mütəxəssisin illik əmək haqqı 10 milyon avro təşkil edəcək ki, bu da əvvəlki baş məşqçi Dik Advokata veriləndən 3 milyon avro çoxdur.
Qeyd edək ki, RFS hələlik yeni baş məşqçinin adını açıqlamayıb. Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

493