UEFA FİFA-nı vecinə almadı
UEFA FİFA-nın ardınca getmək və topun qapını keçdiyini müəyyənləşdirən texnologiyanı tətbiq etmək niyyətində deyil. Lent.az-ın məlumatına görə, Avropa futbol qurumu hələ də genişləndirilmiş hakimlər briqadasından yararlanmağı daha məqsədəuyğun sayır.
UEFA qapılar arxasında əlavə hakimlərdən istifadə siyasətinə yekdilliklə səs verib. Bu təşkilat belə hesab edir ki, son illər aparılan bu eksperiment uğurlu alınıb.
FİFA yeni texnologiyanın 2013-2014-cü il mövsümündən tətbiq olunacağını bəyan edib. Ali futbol qurumunun prezidenti Yozef Blatterin bu təşəbbüsünə İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasından da dəstək gəlib. UEFA prezidenti Mişel Platini isə digər siyasətdə israrlı olmağı qərara alıb. Onun fikrincə, qapıdan topun keçməsinə dair qərarın düzgünlüyü və ya yanlışlığı insan amilinə bağlı olmalıdır.
Qeyd edək ki, 6 hakimlik sistem ilk dəfə 19 yaşlılar arasında 2010-cu il Avropa çempionatının seçmə tsiklində sınaqdan çıxarılıb. Bu sistem, həmçinin son iki mövsümdə isə Çempionlar Liqası, Avropa Liqası və 2012-ci il Avropa çempionatında tətbiq olunub. Qitə çempionatında macarıstanlı baş hakim Viktor Kaşşainin rəhbərlik etdiyi hakimlər briqadasının İngiltərə - Ukrayna matçındakı kobud səhvinə baxmayaraq, UEFA qapılar arxasında hakimlər qoyma eksperimentini uğurlu sayıb. Həmin oyunda ukraynalı hücumçu Marko Deviçin zərbəsindən sonra top qapı xəttinin içərisindən qaytarılsa da, qol sayılmayıb.

1124