Striptiz olimpiada proqramına salınır
13 iyul 2012 19:22 (UTC +04:00)

Striptiz olimpiada proqramına salınır

Beynəlxalq Pilon İdmanı Federasiyası (BPİF) öz yığmasının gələcək Yay Olimpiya Oyunlarında təqdimatının hazırlıqlarına başlayıb. Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) rəsmi saytında qeyd edilib ki, bütün yarış iştirakçılarına verilən standart tələblər yerinə yetirildikdən sonra bu federasiya ərizə ilə müraciət edə bilər.

İOC rəsmilərindən biri deyib: “Striptiz olimpiadalarda təmsil olunmaq üçün ilk növbədə müvafiq beynəlxalq federasiya tərəfindən tanınmalıdır. O, Olimpiya Xartiyasında göstərilmiş bütün tələblərə cavab verməlidir. Şüvül üzərində rəqsin dünyada milyonlarla insanı həqiqətən də maraqlandırdığı faktı təsdiqlənsə və İOC sessiyasında müəyyənləşdirilmiş bir sıra meyara uyğun gəlsə, pilon idmanı komissiyanın tövsiyəsi ilə olimpiya proqramının bir hissəsi olacaq”.

Privat-rəqslər üzrə nümunəvi çıxışlar əsasən bar və restoranlarda olsa da, BPİF prezidenti Timotti Trautman bunun əksini iddia edir: “Striptizçi qadınlar əla idman formasında olurlar. Onlar əsl atletlərdirlər, elə incə və zərif olurlar ki, öz ölkələrini olimpiadada şəkk-şübhəsiz təmsil edə bilərlər. Bizim əsas məqsədimiz striptiz göstərənlərə yanlış münasibətlə əlaqədar yaranan əsas stereotiplərlə mübarizədir”.

Bu arada federasiya üzvləri gələcək olimpiyaçıların hazırlığı istiqamətində aktiv fəaliyyətə başlayıblar. Onlar özünəməxsus təlimatlar, habelə, istənilən səviyyədə privat rəqqaslar üçün dərslik dərc ediblər. Digər tərəfdən, iştirakçılar pilon idmanı üzrə öz çempionatlarını təşkil ediblər. Bu yarış 2012-ci il London Yay Olimpiya Oyunları başa çatdıqdan bir neçə gün sonra keçiriləcək.

Şübhəsiz ki, federasiya rəsmiləri dünyada tanınmaq üçün yolun uzun və tam maneəli olacağını anlayırlar. Lakin onlar bütün peşəkarları və həvəskarları olimpiya komandasının vaxtında hazırlığına öz köməkliklərini göstərməyə çağırıblar. Striptizin olimpiya növləri siyahısına qəbulu 2020-ci ildən tez baş tutmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar