Quti futboldan getdi
İspaniya milli komandasının və “Real Madrid” klubunun sabiq futbolçusu Xose Mariya Qutyerres Ernandes Quti futboldan birdəfəlik gedib. Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı oyunçunun karyerasını İngiltərə “Vest Hem”ində davam etdirmək istəyi baş tutmayıb.
O, klub rəsmiləri ilə anlaşa bilməyib. Bu səbəbdən, Quti butslarını mıxdan asmağı qərara alıb.
Qeyd edək ki, Xose Mariya Qutyerres Ernandes Quti “Real Madrid”in yetirməsidir. O, “kral klubu”nda çıxış etdiyi 15 mövsüm ərzində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb. 2010-cu ilin yayında “Beşiktaş”a keçən Quti ötən ilin noyabrında Türkiyə klubu ilə müqaviləsini pozub və bir daha futbol oynamayıb.

1008