Avropa çempionatında 2 final
Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, çempionatın ilk iki günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib.
Azərbaycan təmsilçilərindən 2-si finala vəsiqə qazanıb. Bunlar 1 nəfərlik qayıqla müvafiq olaraq, yeniyetmələr və 23 yaşadək kanoeçilər arasında 500 metr məsafəyə yürüşlərə qatılan Alesey Kupinlə Andrey Kraytordur. Kupin seçmə yürüşdə finişə 2 dəqiqə 1,934 saniyəyə 1-ci, Kraytor isə 2 dəqiqə 0,707 saniyəyə 3-cü çatıb. Bu nəticələrlə hər iki kanoeçimiz birbaşa əsas finala vəsiqəni təmin edib. Kupin həlledici mərhələdə iyulun 15-də Bakı vaxtı ilə saat 13:39-da, Kraytor isə həmin gün saat 17:09-da iştirak edəcək.
Qeyd edək ki, kayak və kanoeçilərimizi qarşıda 200 metr məsafəyə yürüşlər də gözləyir.

497