Azərbaycan klublarının ilk görüşlərinin yeri dəyişdirilmədi
Avropa kuboklarında mübarizəni davam etdirən Azərbaycanın hər üç klubu gələn həftə ilk oyunlarını evdə keçirəcək. Lent.az-ın məlumatına görə, əvvəlcə “Neftçi” iyulun 17-də Gürcüstan “Zestafoni”sini sınağa çəkəcək.
Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyunu rumıniyalı baş hakim Mariuş Avram idarə edəcək. İyulun 24-də Zestafoni şəhərindəki David Abaşidze adına stadionda saat 22:00-da başlanacaq cavab görüşünə isə qazaxıstanlı referi Artyom Kuçin təyinat alıb.
İyulun 19-da “Xəzər Lənkəran” və “İnter” Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar. “Ağ-yaşıllar” Lənkəran şəhər Mərkəzi stadionunda Polşa “Lex”ini sınağa çəkəcəklər. Saat 20:00-da başlanacaq qarşılaşmanı avstriyalı referi Robert Şörgenhofer idarə edəcək. Saat 21:00-da isə “İnter” “Dalğa Arena”da Yunanıstan “Asteras”ını qəbul edəcək. Qarşılaşmaya baş hakim qismində macarıstanlı Mihay Fabian təyinat alıb.
“İnter” və “Xəzər Lənkəran” klublarından Lent.az-a verilən məlumata görə, oyunların yerinin, hətta teleauditoriya nəzərə alınmaqla, başlama saatının dəyişdirilməsi qeyri-mümkündür. Çünki eyni gündə keçiriləcək matçlardan biri Bakıda, digəri Lənkəranda baş tutacaq. Başlama saatları barədə isə artıq UEFA-ya rəsmi məlumat göndərilib.
Qeyd edək ki, Avroliqadakı daha bir təmsilçimiz “Bakı” artıq mübarizəni dayandırıb. Paytaxtın eyniadlı komandasını Sloveniya “Mura”sı üstələyib – 0:0, 2:0.
Elşən MƏMMƏDOV

606