“Xəzər Lənkəran” 2012-ci il Avropa çempionatının keçirildiyi stadionda
“Xəzər Lənkəran” klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Lex”i ilə səfər qarşılaşmasını 2012-ci il Avropa çempionatında C qrupundakı görüşlərdən 3-ünün keçirildiyi stadionda oynayacaq. Lent.az-ın məlumatına görə, matç iyulun 26-da Poznan şəhərindəki “Munisipial” stadionunda təşkil olunacaq.
Artıq başlama saatı da məlumdur. Start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq. Hakimlər isə hələ müəyyənləşməyib. 43269 tamaşaçı tutumuna malik arenada Avropa çempionatının İrlandiya – Xorvatiya, İtaliya – Xorvatiya və İtaliya – İrlandiya matçları keçirilib.
“Xəzər Lənkəran”la “Lex” arasında ilk matç iyulun 19-da Lənkəran şəhər stadionunda keçiriləcək. Saat 20:00-da başlanacaq oyunu avstriyalı referi Robert Şörgenhofer idarə edəcək.
Avropa Liqasındakı daha bir təmsilçimiz “İnter” isə Yunanıstan “Asteras”ı ilə səfər matçını iyulun 26-da Tripoli şəhərindəki “Asteras Tripolis” stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu komandalar arasında ilk görüş iyulun 19-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq. Saat 21:00-da startı veriləcək matçda macarıstanlı referi Mihay Fabian fit çalacaq.

Oxşar yazılar

Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33