Avropa Liqası: “Bakı” dayandı, “İnter” irəli!
Azərbaycanın daha 2 klubu - “İnter” və “Bakı” daha 2 klubu Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirib. Lent.az-ın məlumatına görə, paytaxt komandalarının müvafiq olaraq, Estoniya və Sloveniya təmsilçiləri ilə görüşlərində eyni hesab qeydə alınıb.
Sadəcə, “İnter” evdə “Trans”ın qapısına 2 qol vurduğu halda, “Bakı” “Mura” ilə səfər matçında bu qədər top buraxıb. Nəticədə növbəti mərhələyə məhz “İnter” yüksəlib.
Baş məşqçi Kaxaber Tsxadadzenin komandası ilk görüşdə “Trans”ı səfərdə 5:0 hesabı ilə yenməsinə baxmayaraq, cavab görüşünə də məsuliyyətlə yanaşıb. Artıq 22-ci dəqiqədə Slavço Georgiyevski hesabı açıb. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Nizami Hacıyev qoyub.
“Bakı” isə heyətinə və maddi imkanlarına görə özündən qat-qat zəif “Mura”nın qapısına səfərdə də qol vura bilməyib. Əvəzində Sloveniya təmsilçisi meydan amilindən layiqincə yararlanıb. 26-cı dəqiqədə Mate Eteroviç, 83-cü dəqiqədə isə Nusmir Fayiç fərqlənib.
Daha öncə “Xəzər Lənkəran” Estoniyanın “Nomme Kalyu” komandasını üstələməyi bacarıb – 2:2, 2:0. Beləliklə, Azərbaycanın Avroliqadakı 3 təmsilçisindən 2-si növbəti mərhələyə yüksəlib. II təsnifat mərhələsində “İnter” Yunanıstan “Asteras”ı, “Xəzər Lənkəran” Polşa “Lex”i ilə qarşılaşacaq. Oyunlar iyulun 19-da və 26-da olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Flaqman iyulun 17-də və 24-də Gürcüstan “Zestafoni”si ilə üz-üzə gələcək.

533