Platinini məhkəməyə polis gücünə aparacaqlar
26 sentyabr 2011 18:34 (UTC +04:00)

Platinini məhkəməyə polis gücünə aparacaqlar

UEFA-nın Avropa Liqasından xaric etdiyi İsveçrənin “Syon” klubu yerli məhkəməyə müraciət edib. Klubun mətbuat katibi Nikolya Piyye mətbuata açıqlamasında UEFA prezidenti Mişel Platini ilə Avropa futbol qurumunun baş katibi Canni İnfantinonun ifadə vermək üçün məhkəməyə çağırıldıqlarını bildirib.

Platini və İnfantinodan “Syon”un Avroliqadan kənarlaşdırılma səbəbi soruşulacaq. Piyye bildirib ki, Platini və İnfantino oktyabrın 19-da baş tutacaq məhkəmə prosesinə vəkillərini göndərə bilməzlər, özləri gəlməlidirlər: “Gəlməsələr, polis gücünə gətiriləcəklər. İsveçrə məhkəməsindən əlavə, İdman Arbitraj Məhkəməsinə də müraciət edəcəyik”.

Qeyd edək ki, UEFA-nın mənzil qərargahı İsveçrənin Nyon şəhərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar