“Neftçi”nin oyunçusunu yenə eyni futbolçu zədələdi - FOTO
“Neftçi” klubunun aparıcı futbolçularından olan Flavinyo Unibank Premyer Liqasının VII turunda “Bakı” ilə oyun zamanı zədələnib. Lent.az-ın məlumatına görə, tibbi müayinədən sonra braziliyalı yarımmüdafiəçinin bir müddət yaşıl meydançalardan kənarda qalacağı müəyyənləşib.
Ona zədə yetirən oyunçu isə rəqib komandanın üzvü Novruz Məmmədovdur. Məmmədov ötən mövsüm “Muğan” heyətində çıxış etdiyi vaxt da kobud oynayaraq, Flavinyonun ayağını sındırıb.
Braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdır. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar. “Bakı” ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur. Maraqlıdır, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam”.

487