Ən bahalı idman brendi
26 sentyabr 2011 19:13 (UTC +04:00)

Ən bahalı idman brendi

Araşdırmaya əsasən, “Mançester Yunayted” brendinin qiyməti 2005-ci ildən 2011-ci ilədək 109 faiz artaraq, 412 milyon funt sterlinqə çatıb. “Brand Finance” bunu klubun sahibləri – Qleyzerlər ailəsinin uğurlu siyasəti ilə əlaqələndirib. 2011-ci ildə “qırmızı şeytanlar”ın illik gəliri rekord məbləğdə - 110 milyon funt təşkil edib. Klub 20-dən çox dünya şöhrətli brendlə, o cümlədən, “Nike”, “Aon”, “Audi” və DHL-lə müqavilə bağlayıb. Bu il klubun sahibləri Sinqapur birjasında səhmlərinin ilkin yerləşdirilməsini aparmaq niyyətindədirlər. “Brand Finance” bildirir ki, “Mançester Yunayted” brendinin dəyəri Sinqapur birjasına satışa çıxarılan klubun dəyərinin 20 faizini təşkil edir. Qleyzerlər ailəsi hərracdan gələcək vəsaitlə klubun 308 milyon funt təşkil edən borcunu ödəmək niyyətindədirlər.

Qeyd edək ki, 2010-2011-ci il mövsümündə İngiltərə çempionu olduqdan sonra “Mançester Yunayted” İngiltərənin ən uğurlu klubu sayılıb. Bu komanda 19-cu dəfə ölkə çempionluğunu əldə edərək, “Liverpul”a məxsus rekordu ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar