“İnter”in futbolçusu qapını təpiklə açarkən zədələnib
İtaliyanın “İnter” klubu aparıcı futbolçusu Uesli Sneyderin xidmətindən məhrum olub. Lent.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçinin son məşqlərdən birində aldığı zədənin ciddiliyi müəyyənləşib.
O, klubun bazasında qapını təpiklə açmaq istərkən, xəsarət alıb. Bu səbəbdən, Sneyder Rusiya MOİK-i ilə Çempionlar Liqasının II tur matçında komandasına kömək edə bilməyəcək. “İnter”in yeni baş məşqçisi Klaudio Ranyeri 27 yaşlı oyunçunun qeyri-müəyyən müddətədək sıradan çıxdığını açıqlayıb. Sneyderdən əlavə, Deyan Stankoviç, İvan Kordoba və Maykon da qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, sentyabrın 27-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək MOİK – “İnter” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

676