Holifild dünya çempionluğundan imtina etdi
23 sentyabr 2011 12:50 (UTC +04:00)

Holifild dünya çempionluğundan imtina etdi

Lent.az-ın “Fightnews.com”a istinadən verdiyi məlumata görə, Holifild bu addımı rusiyalı Aleksandr Povetkinlə görüşmək üçün atıb.

O, qərarını WBF prezidenti Hovard Qoldberqə çatdırıb. Qoldberqin sözlərinə görə, boksçu tituldan imtina etməli olduğu üçün təəssüflənir.

WBF peşəkar boks dünyasında ikinci dərəcəli təşkilat sayılır. Bu səbəbdən, onun titulu nüfuzlu hesab edilmir.

Povetkinə gəldikdə, o, WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə adi dünya çempionu titulunun sahibidir. Bu versiyada superçempion ukraynalı Vladimir Kliçkodur.

Povetkin – Holifild döyüşü barədə rəsmən açıqlama verilməyib. Lakin danışıqlar rusiyalı boksçunun avqustun sonlarında özbəkistanlı Ruslan Çaqayev üzərində qələbəsindən sonra başlayıb. “BoxRec.com” saytı isə görüşün dekabrın 17-də İsveçrənin Sürix şəhərində baş tutacağını yazıb.

Qeyd edək ki, oktyabrın 19-da 49 yaşı tamam olacaq Evander Holifild əvvəllər ağır çəkidə və birinci ağır çəkidə mütləq çempion olub. O, karyerası ərzində 57 döyüş keçirib, 44 qələbə (29-u nokautla) qazanıb, 10 məğlubiyyətlə üzləşib və 2 heç-heçə edib. Daha bir döyüş isə baş tutmamış sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar