UEFA FİFA-dan qoşa oyun “pəncərə”si istəyəcək
Lent.az-ın məlumatına görə, bu haqda qurumun Kiprin paytaxtı Limasolda təşkil olunmuş iclasında qərar qəbul olunub.
Çoxluq Avropada milli komandaların görüşləri üçün ayrılmış hər bir “pəncərə”də yığmaların bir yox, iki oyun keçirmələrinin lehinə çıxış edib. Bu yenilik xüsusən avqustda aktual olacaq. Çünki “köhnə qitə”də milli çempionatların çoxu məhz həmin ayda başlayır. Bu, ilk növbədə, yığmaların təqvimini qaydaya salmağa kömək edəcək və ən əsası, milli liqalarla qarşıdurmaların olmamasına imkan verəcək.
Hazırda müxtəlif maraqlı tərəflərlə məsləhətləşmə prosesi davam edir. Məqsəd Avropa futbol təqvimini hazırlamaq və onu FİFA-ya təklif etməkdən ibarətdir.

472