Hər oyuna görə 800 min dollar...
22 sentyabr 2011 17:43 (UTC +04:00)

Hər oyuna görə 800 min dollar...

Milli Basketbol Assosiasiyasındakı (NBA) tətildən sonra bir-birindən önəmli ulduzlar Avropaya üz tutmağa başlayıb. Lent.az-ın məlumatına görə, ən böyük bomba İtaliyada partlayıb.

Ölkənin aparıcı klublarından sayılan “Virtus Bolonya” “Los Anceles Leykers”in 33 yaşlı superulduzu Kobi Brayanta inanılmaz təkliflə müraciət edib. Klubun sahibi Kraudio Sabatini Brayanta “Bolonya” forması ilə çıxacağı hər bir oyun üçün 800 min dollar ödəməyə hazır olduqlarını açıqlayıb. Lakin təklif yalnız “Bolonya”nın doğma “Unipo Arena”da noyabrın 13-dək keçirəcəyi oyunları əhatə edir. Yəni, superulduz “Bolonya”nın təklifini qəbul etsə, İtaliya Liqasının I turunda “Virtus Roma”, IV turunda “Olimpiya Milano” və VI turda “Vanoli Kremona” ilə matçlarda meydançaya çıxacaq. Bu halda vergilər çıxıldıqdan sonra hər matç üçün Brayantın əlinə 600 min dollar keçəcək. Başqa sözlə, o, 40 dəqiqəlik matçı kənara çıxmadan oynasa, hər dəqiqəsinə 15 min dollara sahib olacaq. “Los Anceles Leykers”də hər mövsüm üçün 25 milyon dollar qazanan Kobi ötən mövsüm 92 matçda forma geyinib və hər qarşılaşma üçün 271 min dollara sahib olub.

Qeyd edək ki, Kobi Brayant daha öncə “Beşiktaş”ın da transfer gündəmində olub. Hətta klub rəsmiləri danışıqlar üçün ABŞ-a gediblər. Lakin Brayant ayda 500 min dollarlıq təklifi rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar