“Çelsi”nin keçmiş baş məşqçisi “İnter”də
İtaliyanın “İnter” futbol klubunun yeni baş məşqçisi Klaudio Ranyeri olub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 21-də istefa vermiş Canpaolo Qasperinini əvəzləyib.
Onunla 30 iyun 2013-cü ilədək müqavilə bağlanılıb. Yeni baş məşqçinin rəsmi təqdimat mərasimi sentyabrın 23-də olacaq. Ertəsi gün isə Ranyeri “Bolonya”ya qarşı İtaliya çempionatı matçında komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Klaudio Ranyeri “İnter”in son bir ildə dördüncü baş məşqçisidir. 2009-2010-cu il mövsümünün axırında istefa vermiş Joze Mourinyodan sonra bu komandaya ispaniyalı Rafael Benites və braziliyalı Leonardo da rəhbərlik edib. Ranyerinin son iş yeri 2009-2010-cu il mövsümündə A seriyasında 2-ci yeri tutduğu “Roma” olub. Paytaxt komandası italiyalı mütəxəssisi bu ilin fevralında istefaya göndərib.

768