“İngiltərədə belə meydançalarda “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” məşq edir”
“Qəbələ” klubunun və Azərbaycan futbolunun beynəlxalq aləmdə təbliği istiqamətində önəmli addım atılıb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İMG Sports Media” və FİFA-nın birgə layihəsi olan “FİFA Futbol Mundial” telejurnalının “Qəbələ”yə və baş məşqçi Toni Adamsa marağı telejurnalın əməkdaşlarını Azərbaycana gətirib.
Onlar baş menecer Zaur Əzizov və baş məşqçi Toni Adamsla görüşərək, ondan müsahibə götürüblər və “Qəbələ”nin məşq prosesini lentə alıblar. Futbol üzrə növbəti dünya çempionatının Braziliyada keçiriləcəyini nəzərə alan telelejurnal “Qəbələ”də oynayan braziliyalı futbolçulardan da müsahibələr hazırlayıb. “FİFA Futbol Mundial”ın müxbiri Riçard Milvey Qəbələdə gördüklərinə heyran olduğunu açıqlayıb: “Azərbaycana səfər edənədək ölkəniz haqda elə də məlumatlı deyildim. Xəbərim var idi ki, Azərbaycanda futbola böyük maraq var və futbol günbəgün inkişaf edir. Qəbələyə səfərim zamanı buna bir daha əmin oldum. “Qəbələ”nin çox gözəl meydançaları və bazası var. Xüsusən, təbii örtüklü meydançalar məni heyran qoydu. İngiltərədə belə meydançalarda “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” kimi komandalar məşq edirlər”.
Riçard Milvey niyə məhz “Qəbələ”ni seçdiklərinə də aydınlıq gətirib: ”Bildiyiniz kimi Toni Adams dünyada və xüsusilə vətəni İngiltərədə çox məşhurdur və çox sevilir. Bütün futbolsevərlər üçün onun harada işlədiyi, hansı klubu çalışdırdığı maraqlıdır. Biz də məhz buna görə “Qəbələ”ni seçdik. Əminəm ki, seçimimizdə yanılmamışıq. Klub rəhbərliyinə bizə yaratdığı şəraitə və köməkliyə görə təşəkkür edirəm”
Qeyd edək ki, ilk dəfə 1994-cü ildə şou proqram kimi ekrana çıxan veriliş 2005-ci ildən FİFA ilə əməkdaşlığa başlayıb. Hazırda teleməkanda “FİFA Futbol Mundial” adı ilə yayımlanır. Xronometrajı 26 dəqiqə olan telejurnalın əməkdaşları 14 ildir dünyanı gəzib-dolaşır, tamaşaçılara istedadlı oyunçulardan və futbol ulduzlarının həyatından danışır, yaxın keçmışın futbol qəhrəmanlarından maraqlı materiallar təqdim edir. Bu səbəbdən “FIFA Futbol Mundial” dünya futbolu haqqında daha çox bilmək istəyən azarkeşlərin ən sevimli verilişləri sırasındadır. Proqramın əməkdaşları indiyədək Peru, Uruqvay, Kolumbiya, Ruanda, Qətər, Tailand, Ukrayna, Serbiya, İslandiya, Nigeriya, Çin, Yaponiya da daxil olmaqla, Braziliya, Argentina, ABŞ, Almaniya, İngiltərə, İspaniya və Fransa kimi futbol ölkələrindən verilişlər hazırlayıblar. “FIFA Futbol Mundial” proqramı müxtəlif dillərə tərcümə olunaraq həftədə bir dəfə dünya telekanallarında yayımlanır.

567