Ronaldunun toy tarixi açıqlandı
Ronaldu toy tarixini təsadüfi seçməyib. 2012-ci il Avropa çempionatının final mərhələsi iyulun 1-də yekunlaşacaq. Portuqaliya millisi hələ final mərhələsinə vəsiqəni təmin etməsə də, çempion olmağı hədəfləyib. Yarışdan 11 gün sonra futbolçu nikah stoluna əyləşəcək.
Onun seçim etdiyi qadın isə dünyada İrina Şeyk kimi tanınan milliyyətcə tatar model İrina Şeyxülislamovadır. Şeyk 6 yanvar 1986-cı ildə Rusiyanın Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. O, 19 yaşında ikən “Supermodel-2004” regional gözəllik müsabiqəsinə qatılıb. Sonradan İrinaya Avropada və ABŞ-da iş təklif olunub. Şeyk dünyanın ən nüfuzlu jurnallarının üz qabığında peyda olub. Hazırda “Sports Illustrated Swimsuit Edition” nəşrinin simasıdır. Tatar model dünyanın ən seksual modelləri siyahısında 10-cudur.
Ronaldu Şeyklə ilyarım öncə “Armani” moda evinin reklam çəkilişlərində tanış olub. 14 fevral sevgililər günündə futbolçu modelə evlənmək təklifində bulunub, mayda isə onu öz valideynləri ilə tanış edib.
Toy Portu Santu otelindəki Madeyra şəhərində keçiriləcək. Portuqaliyalı jurnalistlərin fikrincə, mərasim futbolçunun vətənində indiyədək təşkil olunanlar arasında ən qəşəngi olacaq.

Oxşar yazılar

Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32