AFFA milli komandaya daha bir rəqib tapdı
Azərbaycan milli komandasının daha bir beynəlxalq yoldaşlıq oyunu keçirməsi ilə bağlı AFFA tərəfindən aparılmış danışıqlar müsbət yekunlaşıb. Lent.az-ın məlumatına görə, millimiz noyabrın 11-də Albaniya yığması ilə üz-üzə gələcək.
Görüş Albaniyada təşkil olunacaq. Bu qarşılaşma 2012-ci il Avropa çempionatının seçmə mərhələsi yekunlaşdıqdan sonra baş tutacaq.
Qeyd edək ki, Azərbaycan və Albaniya milli komandaları indiyədək 4 dəfə qarşılaşıb. 2000-ci il fevralın 8-də Maltada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində keçirilən oyunda 1:0 hesabı ilə albaniyalı futbolçular qələbə qazanıb. 2002-ci il martın 27-də və 2005-ci il avqustun 17-də Tirana şəhərində Albaniya və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçirilib. Bu oyunlar, müvafiq olaraq, 1:0 və 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. 2008-ci il noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Albaniya yoldaşlıq oyunu isə heç-heçə nəticələnib – 1:1.

Oxşar yazılar

“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56