Aziz Yıldırımı prezident postunda yenisi əvəzlədi
20 sentyabr 2011 18:22 (UTC +04:00)

Aziz Yıldırımı prezident postunda yenisi əvəzlədi

Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı istintaq çərçivəsində həbs olunan “Fənərbağça”nın prezidenti Aziz Yıldırımı Klublar Birliyi Dərnəyinin rəhbəri postunda “Beşiktaş”dakı həmkarı Yıldırım Dəmirörən əvəzləyib. Lent.az-ın məlumatına görə, Türkiyə Superliqasındakı 18 klub təmsilçisinin iştirakı ilə keçirilən toplantıda Dəmirörən yekdilliklə quruma prezident seçilib.

Səsvermədən öncə “Kayserispor”un prezidenti Recep Mahmur və “Bursaspor”un prezidenti İbrahim Yazıcı namizədliklərini geri götürüblər. Bu səbəbdən, “Beşiktaş”ın prezidenti yeganə namizəd qalıb. Mahmur Klublar Birliyinin vitse-prezidenti seçilib. İcraiyyə Komitəsinin üzvləri isə yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, Aziz Yıldırım həbs olunduqdan sonra Klublar Birliyinin prezidentliyindən istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar