Ceyhun Sultanov: “Karyeramı “Kəpəz”də başa vurmaq istəyirəm”
“Məni ayın futbolçusu seçənlərin hamısına minnətdarlıq edirəm. Çalışacağam ki, bu etimadı doğruldum və gələcəkdə də fərqlənim”. Lent.az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasında avqustun ən yaxşı futbolçusu seçilən Gəncənin “Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov mükafatlandırma mərasimindən sonra deyib.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, sentyabrda uğurlu çıxışını davam etdirə bilməməsi təkcə özünün deyil, komandanın nisbətən zəif çıxışı ilə əlaqədardır: “Bu ay cəmi iki oyunumuz olub. Yalnız son oyunda “Simurq”a uduzmuşuq. Futbolda daim qələbəyə təminat yoxdur. Təkcə mən yox, ola bilsin, bütün komanda zəif çıxış etdi”.
Sultanovun fikrincə, avqustun ən yaxşı futbolçusu adına Rauf Əliyev layiq görülməli idi: “Çünki Əliyev həm “Qarabağ”da, həm də Azərbaycan millisində uğurlu oyunu ilə seçilib”.
Özünün milliyə çağırılmamasına gəldikdə, təcrübəli futbolçu bundan məyus olmadığını vurğulayıb. Onun sözlərinə görə, hər şey baş məşqçi Berti Foqtsun qərarından asılıdır: “Yığmaya çağırılmadığıma görə pis olmadım. Baş məşqçi istəsə çağırar, istəməsə yox. Çağırsa, can-başla gələrəm. Amma bu, baş məşqçinin işidir. Yəqin ki, belə məsləhətdir”.
Hazırda “Kəpəz”in uğurları haqqında düşündüyünü deyən Sultanov karyerasını elə Gəncədə başa vurmaq istədiyini bildirib. O, komandasının ilk “6-lığ”a düşmə şanslarına şübhə ilə yanaşıb: “Çempionat hələ qabaqdadır, ilk “6-lığ”a düşə bilərik. Amma bu, çətin olacaq. Belə davam etsə, karyeramı Kəpəz”də bitirmək istəyirəm. Bu komanda mənə doğmalaşıb”.
Ceyhun Sultanov karyerasının ilk illərini “Bakı”da keçirib. Paytaxt klubunun yenidən Sultanovu öz sıralarında görmək istədiyi bildirilir. Lakin futbolçu bununla bağlı suala konkret cavab verməyib: “Hələ bu haqda fikirləşmək lazımdır”.
Elşən MƏMMƏDOV

1115