Ayın futbolçusu mükafatlandırıldı
Unibank Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilən Gəncənin “Kəpəz” klubunun kapitanı Ceyhun Sultanova verilən səslərin miqdarı açıqlanıb. Lent.az-ın məlumatına görə, sorğu-səsvermə bankın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və aparıcı idman jurnalistlərinin iştirakı ilə keçirilib.
Sorğuya 12 klub və 31 jurnalist qatılıb. Jurnalistlərin 87 faizi 32 yaşlı Sultanova səs verib. Baş məşqçilər və komanda kapitanları isə 22 mümkün səsdən 9-unu Sultanova verib.
“Ayın futbolçusu” adının yeni sahibinə Peşəkar Futbol Liqası rəhbərliyi tərəfindən hədiyyələr, çempionatın baş sponsoru “Unibank” tərəfindən isə pul mükafatı təqdim olunub.

426