Zaqatalada baş verən qalmaqalın günahkarları cəzalandı
Lent.az-ın məlumatına görə, toplantıda Unibank Premyer Liqasının VI turunun “Simurq” – “Kəpəz” matçında baş verənlərlə bağlı daha çox cəza tədbirləri görülüb.
Görüşün 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəza, klubu 200 manat cəriməyə məruz qalıb. 65-ci və 73-cü dəqiqələrdə “Simurq”un azarkeşləri meydançaya kənar əşya atıblar. Bu isə Zaqatala klubuna daha 2000 manat cərimə bahasına başa gəlib. “Simurq”a kəsilən cərimələr bununla bitməyib. 65-ci dəqiqədə komandanın daha bir oyunçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qırtımov 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib. “Kəpəz” də cəzasız qalmayıb. 74-cü dəqiqədə Gəncə komandasının kapitanı Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib.
Daha bir müzakirə mövzusu “Turan” – “Bakı” matçında yaşananlar olub. Matçda hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, Tovuz və paytaxt klubları hərəyə 1000 manat ziyana düşüblər. 45-ci dəqiqədə “Turan”ın azarkeşləri meydançaya kənar əşya atıblar. Bu isə kluba daha 2000 manat cərimə bahasına başa gəlib.
Digər tərəfdən, “Turan” 15-ci dəqiqədə Məhərrəm Müslümzadənin əllə oyuna, 45-ci dəqiqədə isə Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə aldıqları sarı vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlayıb. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi yalnız Müslümzadəyə göstərilmiş vərəqəni ləğv edib, Hüseynovun sarı vərəqəsi isə qüvvədə qalıb.
Qalan oyunlara gəldikdə, “Qarabağ”la görüşün 63-cü dəqiqəsində “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsib.
“Qəbələ” ilə matçda isə “Neftçi”nin 4 futbolçusuna sarı vərəqə göstərilib. Bu səbəbdən, flaqman 1000 manat ziyana düşüb.

446