Rusiya Bakıya 1 erməni gətirir
Boks üzrə Rusiya milli komandası Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlayıb. Lent.az-ın məlumatına görə, yarışın əsas favoritlərindən sayılan şimal qonşumuz Azərbaycan paytaxtına ən güclü boksçularını gətirir.
Rusiya millisinin heyətində Bakıda anadan olmuş idmançı da var. Bu, milliyətcə erməni olan David Ayrapetyandır. 52 kq çəki dərəcəsində mübarizə aparacaq Mişa Aloyan Ermənistanda dünyaya göz açsa da, yezidi kürdüdür. Nikolay Xromovun komandasında həm dünya, həm də Avropa çempionu tituluna sahib olmuş 3 boksçu var. Bunlar Albert Səlimov, Yeqor Mexontsev və Artur Beterbiyevdir.
Rusiya milli komandasının heyəti:
49 kq: David Ayrapetyan (Avropa Çempionu (2006), dünya çempionatının gümüş mükafatçısı (2009)
52 kq: Mişa Aloyan (Dünya çempionatının bürünc mükafatçısı (2009), Avropa çempionu (2010)
56 kq: Sergey Vodopyanov (Dünya çempionu (2007), dünya çempionatının gümüş mükafatçısı, 2009)
60 kq: Albert Səlimov (Dünya çempionu (2007), Avropa çempionu (2010)
64 kq: Aleksandr Solyanikov (Avropa çempionatının bürünc mükafatçısı 2010)
69 kq: Andrey Zamkovoy (dünya çempionatının gümüş mükafatçısı 2009)
75 kq: Artyom Çebotaryov (Avropa çempionu 2010)
81 kq: Yeqor Mexontsev (Dünya çempionu ( 2009), Avropa çempionu (2010)
91 kq: Artur Beterbiyev (Dünya çempionu (2009), Avropa çempionu (2010)
+91 kq: Sergey Kuzmin (Avropa çempionu 2010)
Qeyd edək ki, sentyabrın 26-da start götürəcək dünya çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Çempionata oktyabrın 8-də yekun vurulacaq.

408