Lotar Matteus istefaya göndərildi
Lotar Matteus Bolqarıstan Futbol İttifaqının (BFS) prezidenti postundan istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu haqda BFS prezidenti Borislav Mixaylov açıqlama verib.
Mixaylov istefaya səbəb kimi təkcə son oyunlardakı pis nəticələrin deyil, almaniyalı mütəxəssisin rəhbərlik etdiyi dövrdə komanda daxilindəki gərginlik və neqativ halların səbəb olduğunu söyləyib. Oktyabrın 11-də Uelslə keçiriləcək görüşə millini gənclərdən ibarət yığmanın baş məşqçisi Mixail Madanski hazırlayacaq. Lakin o, müvəqqətidir. Yeni baş məşqçi postuna namizədlər isə “Liteks”in baş məşqçisi Lübo Penevlə “Çernomorets” (Burqas”) komandasının sabiq baş məşqçisi Krasimir Balakovdur.
Qeyd edək ki, Lotar Matteus Bolqarıstan millisinin sükanı arxasına 2010-cu ilin sentyabrında keçib. Matteus bu vəzifədə Stanimir Stoylovu əvəzləyib. Stoylov 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk görüşdə İngiltərəyə 0:4, Çernoqoriyaya 0:1 hesablı məğlubiyyətdən sonra postundan kənarlaşdırılıb. Matteusun rəhbərliyi altında isə Bolqarıstan Uelsə 1:0 hesabı ilə qalib gəlib, İsveçrə ilə 0:0, Çernoqoriya ilə 1:1 hesablı heç-heçə edib. Lakin sonradan yığma İngiltərəyə 0:3, İsveçrəyə 1:3 hesabı ilə yenilib. İngiltərəyə məğlubiyyətdən sonra o, yetirmələri ilə söyüşüb.

Oxşar yazılar

“Beşiktaş” 3 xalı 5 qolla qazandı
26 aprel 2025 , 01:17
“Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu
25 aprel 2025 , 22:19
Ölkədən qaçan futbolçu və yeni klubu cərimələndi
25 aprel 2025 , 17:40
Hakim oyun zamanı öldü
25 aprel 2025 , 15:11
Futbolçu gizləndi: Həyat yoldaşı və uşağı oğurlandı
25 aprel 2025 , 13:05
Ölkə çempionu məşq zamanı öldü, yarış ləğv olundu
25 aprel 2025 , 11:10
Ançelotti bu 4 futbolçunun dərhal alınmasını istəyir
25 aprel 2025 , 10:42