Mourinyo Robson üçün mükafatını satır
20 sentyabr 2011 11:00 (UTC +04:00)

Mourinyo Robson üçün mükafatını satır

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo 2010-cu ildə aldığı FİFA versiyası üzrə ən yaxşı futbol məşqçisi mükafatını Bobbi Robsonun xatirəsinə xeyriyyə hərracına çıxarıb. Lent.az-ın məlumatına görə, satışdan əldə olunan bütün vəsait Robson xeyriyyə fonduna və Britaniyadakı döş xərçəngindən mübarizə mərkəzinə köçürüləcək.

Qeyd edək ki, Bobbi Robson iki il öncə 76 yaşında ikən ağ ciyər xərçəngindən dünyasını dəyişib. Joze Mourinyo 1993 – 1997-ci illərdə Portuqaliya “Sportinq”ində Robsonun tərcüməçisi, 1997 – 2000-ci illərdə isə İspaniya “Barselona”sında onun köməkçisi kimi çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar