Ceyhun Sultanov avqustun ən yaxşı futbolçusu seçildi
19 sentyabr 2011 18:07 (UTC +04:00)

Ceyhun Sultanov avqustun ən yaxşı futbolçusu seçildi

Unibank Premyer Liqasında 2011/2012-ci il mövsümündə avqust ayının ən yaxşı oyunçusu məlum olub.


Lent.az-ın əldə etdiyi məlumata görə, bu, “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanovdur. 32 yaşlı yarımmüdafiəçi Unibank Kommersiya Bankının və Peşəkar Futbol Liqasının klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən qalib olub. Sultanovun özü də Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Mükafatlandırılma mərasimi sentyabrın 20-də "UniPlaza"da təşkil olunacaq. Tədbir saat 16:00-da başlanacaq.


Qeyd edək ki, Ceyhun Sultanov avqustda “Kəpəz”in oynadığı 4 qarşılaşmanı əvəzlənmədən keçirib. Kapitan komandasının 2 qələbə, 2 məğlubiyyətlə üzləşdiyi görüşlərdə 3 qol vurub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar