Dünya Kubokunda 3 bürünc medal
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku keçirilib. Lent.az-ın məlumatına görə, yarışda 8 kişi cüdoçu ilə mübarizə aparan Azərbaycan milli komandası 3 bürünc medal qazanıb.
Həmin medallara Tərlan Kərimov (66 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) layiq görülüb. Son dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyev (60 kq) isə bu dəfə 5-ci yerlə kifayətlənib. Bu nəticə ilə ölkəmiz ümumi hesabda 14-cü yeri tutub.
Qeyd edək ki, Tərlan Kərimov, Elmar Qasımov və Emil Tahirov hərəyə 40, İlqar Müşkiyev isə 20 reytinq xalı qazanıb.

628