Respublika stadionunun yubileyinin keçiriləcəyi tarix və yer müəyyənləşdi
19 sentyabr 2011 12:01 (UTC +04:00)

Respublika stadionunun yubileyinin keçiriləcəyi tarix və yer müəyyənləşdi

Tədbirə 60-dək qonaq dəvət ediləcək. Dəvətlilər sırasında gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, klub prezidentləri, baş məşqçilər, futbol ictimaiyyətinin digər nümayəndələri və jurnalistlər də olacaq.

İsmayılov bildirib ki, hazırda Respublika stadionunda yubileylə əlaqədar əsaslı təmir gedir. Arenanın ot örtüyü və tribunaları dəyişdirilir, daha yaxşı görkəmə salınması üçün işləri görülür. Bu səbəbdən, stadionda hər hansı tədbirin keçirilməsi münasib deyil.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən mərkəzi arena tam olaraq təmirə dayandırılacaq. Stadionun yeni görkəmdə açılışı 2012-ci ilin martına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425

Oxşar yazılar