Tarixində ilk dəfə
Serbiyanın kişilərdən ibarət milli komandası Avstriyada keçirilən voleybol üzrə Avropa çempionatının qalibi olub. Lent.az-ın məlumatına görə, Serbiya finalda İtaliyanı məğlub edib – 3:1 (17:25, 25:20, 25:23, 26:24).
Bu, Balkan ölkəsinin ilk qitə çempionluğu olub. Əvvəllər Serbiya ən yüksək nəticəsini 2007-ci ildə bürünc medal qazanmaqla əldə edib. Bununla belə, Serbiya və Çernoqoriya 2001-ci ildə vahid ölkə kimi Avropa çempionluğuna yiyələnib.
3-cü yer uğrunda görüşdə isə Rusiya ilə Polşa qarşılaşıb. Polşa millisi də 3:1 (25:23, 18:25, 25:21, 25:19) hesabı ilə qalib gələrək, bürünc medala sahib çıxıb.
Növbəti Avropa çempionatı 2013-cü ildə Danimarka və Polşada olacaq.

552