Daha bir dünya çempionu və 13-cü lisenziya - FOTO
Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, bu dəfə 84 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şərif Şərifov dünya çempionu olub.
Şərifov finalda Ukrayna təmsilçisi İbrahim Aldatovu üstələyib. Beləliklə, o, dünya çempionatında ölkəmizə medal qazandıran ilk sərbəst güləşçimiz olub. 23 yaşlı pəhləvanımız həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da güləşçilərimizin dünya çempionatında əldə etdiyi olimpiya vəsiqələrinin sayı 4-ə çatıb. Daha öncə yunan-Roma güləşçilərimiz Rövşən Bayramovla (55 kq) Saman Ahman Tahmasebi (84 kq) və qadın güləşçimiz Mariya Stadnik (48 kq) olimpiadaya yollanmaq hüququ qazanıb.
Sentyabrın 18-də yekunlaşacaq dünya çempionatında indiyədək ölkəmiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. Şərifovdan əvvəl Bayramov qızıl, Stadnik gümüş medal qazanıb.0 Bürünc medallara isə qadın güləşçilərimiz Patimat Baqomedova (51 kq) ilə Sona Əhmədli (59 kq) sahib çıxıb. Lakin son 2 çəki dərəcəsi olimpiya çəkisi olmadığından, Baqomedova ilə Əhmədli Londona vəsiqə əldə edə bilməyiblər.
Qeyd edək ki, Şərif Şərifov 2012-ci il London Yay Olimpiya Oyunlarına 13-cü lisenziyanın müəllifidir. Güləşçilərimizdən öncə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

1292