““Neftçi”ni “qara zolaq”dan çıxaracağıq”
Lent.az-ın məlumatına görə, flaqmanın qapıçısı Saşa Stamenkoviç və müdafiəçi Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında görüşə qələbə üçün çıxacaqlarını bildiriblər. Stamenkoviç “Qəbələ”nin güclü olmasını etiraf etsə də, qələbə qazanacaqlarına əmindir: “Rəqibimizin Toni Adams kimi təcrübəli məşqçisi, güclü futbolçuları var. Lakin bizim heyət daha güclüdür. Buna görə də qalib gələcəyimizə əminəm”.
“Son oyunlardakı uğursuzluqlara baxmayaraq, ruhdan düşməmişik. Məşqlərdə həvəslə çalışırıq” - bunu isə Əmircanov deyib. 26 yaşlı müdafiəçi “qara zolaq”dan çıxacaqlarına inam ifadə edib: “Oyuna ciddi hazırlaşırıq. “Qəbələ” güclü rəqibdir, əbəs yerə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmayıb. Bununla belə, inanıram ki, qələbə qazanıb, “qara zolaq”dan çıxacağıq”.
Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 18:30-da başlanacaq.

1074