Bakıda keçiriləcək dünya çempionatında rekord!
Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Abiyevin sözlərinə görə, çempionatın startına 10 gün qalmış 140 ölkə iştirakını təsdiqləyib. Ümumi iştirakçıların sayı isə 1400-dən çox olacaq. Onlardan 720-si idmançı, qalanları məşqçilər, hakimlər, ayrı-ayrı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Bakıdakı Konqresinə qatılacaq nümayəndələrdir: “Mən uzun müddətdir ki, boks üzrə bütün mötəbər yarışlarda iştirak edirəm. İndiyədək nə bu qədər ölkə, nə bu qədər idmançı, nə də bu qədər qonaq görmüşəm. Ən çox ölkənin qatıldığı dünya çempionatı 2009-cu ildə İtaliyanın Milan şəhərində təşkil olunmuşdu ki, orada 103 ölkədən 500-dək idmançı mübarizə aparırdı”.
ABF rəsmisi dünya çempionatının açılış mərasiminin “Sərhədçi” İdman Olimpiya Mərkəzində, görüşlərin isə Heydər Əliyev adına İdman Kompleksində baş tutacağını da bildirib. O qeyd edib ki, təntənəli açılış üçün quraşdırılacaq səhnənin döyüşlərin keçiriləcəyi rinqə mane olmaması üçün belə bir qərar qəbul olunub. Mərasim sentyabrın 25-də saat 19:00-da başlanacaq. Ertəsi gün isə görüşlərə start veriləcək. Çempionata oktyabrın 8-də yekun vurulacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

ÇL: 1/4 finalçılar müəyyənləşdi
13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var
12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək
12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı
12 mart 2025 , 09:37
PSJ-dən əzmkar qələbə
12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı
11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə bilər
11 mart 2025 , 15:26