Mişel Platini:“Futbolun ölüm təhlükəsi var”
16 sentyabr 2011 16:54 (UTC +04:00)

Mişel Platini:“Futbolun ölüm təhlükəsi var”

Bu, ən aşağı səviyyəli matçdan dünya çempionatınadək belədir. Lakin zərlər saxtadırsa, oynamağın və ya bu oyun üçün həyəcanlanmağın mənası qalmır”. Lent.az-ın məlumatına görə, bu fikirləri UEFA prezidenti Mişel Platini İsveçrənin Nyon şəhərində futbolda danışılmış oyunlara qarşı mübarizə məqsədilə təşkil olunan yeni qurumun işçi seminarındakı çıxışında deyib.

Hər gün mətbuatda danışılmış oyunlarla bağlı yeni xəbərlərin çıxdığını söyləyən Platini futbolun ölüm təhlükəsi ilə mübarizədə ruhdan düşməyəcəklərini söyləyib. Onun sözlərinə görə, bütün futbol ailəsi əks-hücuma keçməyə hazırdır. Platini yeni qurum üzvlərinə müraciət edərək, “Siz futbol bilginizlə bu idman növünün qorunmasında çox böyük rol oynayırsınız” deyib. Fransalı futbol xadimi bildirib ki, yeni qurum üzvlərinin vəzifələri hər ölkədə futbol, intizam komitələri, yerli və beynəlxalq hüquq-mühafizə orqanları arasındakı əlaqəni gücləndirməkdən ibarətdir. UEFA danışılmış oyunları müəyyənləşdirmək üçün hər ölkədən ildə 30 min matçın nəzarətdə saxlanıldığı bir sistem hazırlayıb. Sistem çərçivəsində UEFA-nın təşkil etdiyi turnirlər və Avropa ölkələrinin güclülər dəstəsi və I liqalarındakı görüşlər izlənilir.

Qeyd edək ki, işçi seminarda Azərbaycanı bu məsələ ilə əlaqədar UEFA tərəfindən təyin olunan AFFA-nın hüquqşünası Rəmiş Malıyev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar