“Road to Baku” Lənkəranda - FOTO
16 sentyabr 2011 13:30 (UTC +04:00)

“Road to Baku” Lənkəranda - FOTO

2009-cu ildən başlayaraq Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) zəif inkişaf etmiş ölkələrin boksçularını öz hesabına dünya çempionatında iştirakını təmin edir. Azərbaycan Boks Federasiyasından (ABF) Lent.az-a verilən məlumata görə, bu dəfə “Road to Baku” – “Bakıya yol” adlı proqram təşkil edib.

Sentyabrın 9-dan etibarən 28 ölkədən olan 48 boksçu və 20 məşqçi Lənkəran Regional Boks Mərkəzində təlim-məşq toplanışı keçirlər. Toplanışa WSB liqasında “Pohang Poseidons” komandasına rəhbərlik etmiş Mars Kuçkaryov rəhbərlik edir. ABF “Road to Baku” proqramının yüksək səviyyədə keçməsi üçün Lənkəranda idmançılara hər bir şərait yaradıb. Yerli mütəxəssislərdən Salam Bağırov və Elnur Hacıyev də məşq prossesinə cəlb olunublar. Gündə 2 məşq keçən boksçuların toplanışı sentyabrın 22-ə kimi davam edəcək.

Qeyd edək ki, “Road to Baku” proqramında Baham, Latviya, Benin, Litva, Boliviya, Myanmar, Burkina Faso, Kambociya, Nauru, Kayman adaları, Nikaraqua, Dominikan, Niger, El Salvador, Panama, Qambiya, Sent-Lusiya, Qana, Sent-Vinsent və Qrenadina, Seneqal, Qvatemala, Şri Lanka, Kot-d-İvuar, Yamayka, Svazilend, Tacikistan, Qırğızıstan və Tonqadan olan boksçular yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar