Bu dəfə yalnız Əhmədli
16 sentyabr 2011 10:57 (UTC +04:00)

Bu dəfə yalnız Əhmədli

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının dördüncü günündə Azərbaycan milli komandası daha bir medal qazanıb. Lent.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən Sona Əhmədli bürünc medalla kifayətlənib.

Əhmədli yarımfinalda uduzduqdan sonra təsəlliverici görüşdə qalib gələrək, 3-cü yeri tutub. Lakin o, London olimpiadasına lisenziya qazana bilməyib. Çünki qadın güləşində 59 kq olimpiya çəkiləri sayılmır. Əvəzində olimpiya çəkiləri – 55 kq və 63 kq-dakı təmsilçilərimiz Yuliya Ratkeviçlə Gözəl Zutova ilk “5-liy”ə düşə bilmədiklərindən, lisenziyasız qalıblar. Ratkeviç əvvəlcə ¼ finalda, sonra isə təsəlliverici görüşdə yenilib. Zutova isə elə ilk qarşılaşmasındaca vaxtından əvvəl uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109

Oxşar yazılar